XƏBƏR LENTİ
05 İyul 2020
04 İyul 2020
03 İyul 2020



Suriya qoşunları Raqqada bir qrup terrorçunu məhv ediblər
DÜNYA 11:48 / 25.05.2020

Suriya ordusunun bölmələri Raqqa əyalətinin cənub-qərbində əməliyyat zamanı İŞİD terror təşkilatının bir qrup üzvünü məhv ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Al-Masdar" xəbər portalına əməliyyatda iştirak etmiş hərbçi deyib.

Onun sözlərinə görə, hökumət qüvvələri Salamiyyə şəhərinin ətrafını tamamilə terrorçulardan təmizləyiblər: "Dəstə üzvləri izlənilib məhv edildi, nəticədə Homsdan Raqqaya və Hamadan Deyr-əz-Zora gedən magistral yolda nəqliyyatın təhlükəsizliyini təmin etmək mümkün oldu"

Hərbçi əlavə edib ki, qoşunlar indi bu bölgədə yerləşən neft quyularının təhlükəsizliyini təmin etməlidirlər.



963 oxunub

InvestAZ