XƏBƏR LENTİ
04 İyul 2020
03 İyul 2020



Çində ötən sutka ərzində koronavirusa 11 yoluxma halı qeydə alınıb
DÜNYA 11:00 / 25.05.2020

Çində ötən sutka ərzində 11 nəfərdə yeni növ koronavirusun aktiv forması və 40 simptomsuz yoluxma halı aşkarlanıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, yoluxma hallarının hamısı xaricdən gələn vətədanşlarda qeydə alınıb: 10 yoluxma halı Daxili Monqolustan Muxtar Rayonunda və 1 yoluxma halı Sıçuan əyalətində.

Bildirilir ki, simptomsuz yoluxma hallarından 2 xaricdən gələn vətəndaşlarda qeydə alınıb. Hazırda 396 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 985 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.



1555 oxunub

InvestAZ