XƏBƏR LENTİ
04 İyul 2020
03 İyul 2020
02 İyul 2020



Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub
SİYASƏT 10:25 / 25.05.2020

Bu ilin 24 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə telefon söhbəti olub.

Xarici İşlər Nazirliyindən Yenises.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov həmkarı Mövlud Çavuşoğlunun Azərbaycanın 28 May-Respublika Günü münasibətilə səmimi təbriklərini qəbul edib. Tərəflər, habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər və ən xoş arzularını ifadə edibilər.

Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.



1239 oxunub

InvestAZ