XƏBƏR LENTİ
25 May 2020
23 May 2020
22 May 2020



İranın Bakıdakı Səfirliyinin Ramazan Bayramı Təbriki
DÜNYA 15:34 / 22.05.2020
İran İslam Respublikasının Bakıdakı səfirinin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına və dövlətinə təbrik ünvanladı.

Millitv.azQuranın baharı, İlahi rəhmətin nazil olduğu və insan ruhunun yüksəlişi olan Müqəddəs Ramazan bayarmının gəlişi münasibətilə dost və qardaş Azərbaycan Respublikası xalqını və dövlətini təbrik etməkdən fəxr duyuram. Ramazan bayramı dünya müsəlmanları arasında vəhdətin, həmrəyliyin təcəllisi və ictimai bağların möhkəmlənməsidir. Bu böyük bayram günündə İran xalqı Azərbaycan Respublikasının müsəlman xalqı ilə həmrəy olduğunu elan edir və təkidlə vurğulayır ki, daim dost və qardaş Azərbaycan xalqının yanında olub, bundan sonra da olacaq və əbədi olan bu dostluğa və qardaşlığa görə fəxr edir. Sonda Mütaal Allahdan Azərbaycan Respublikası dövləti və xalqı üçün izzət və başucalıq, iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsini arzulayır və ümid edirik yaxın gələcəkdə Azərbaycan xalqının şad gününü - "Qarabağın və Qüdsün azad olunması bayramları”nı birlikdə qeyd edəcəyik.

İlahi, Ramazan bayramında bizim bayramlığımızı bütün müsəlmanların oruc və ibadətlərinin qəbulu və bu bərəkətli aydan faydalanmağı qərar ver. Xüdahafiz ey Ramazan, ey Allahın ən böyük ayı və ey Allah dostlarının bayramı!


Cavad Cahangirzadə
İran islam Respublikasının Azərbaycan Respublikasındakı səfiri

205 oxunub

InvestAZ