XƏBƏR LENTİ
29 Sentyabr 2020
28 Sentyabr 2020
27 Sentyabr 2020



Günel Həmidova yeni serilada – “Şükriyyə”
MƏDƏNİYYƏT 11:47 / 19.05.2020
Məşhur aktrisa Günel Həmidova yeni seriala çəkilir. Bu haqda Yenises.az-a məlumat verən aktrisa bildirib ki, "Şükriyyə” adlanan serial yeni mövsümdə, sentyabr ayında yayımlanacaq.

"Şükriyyə”nin ssenari müəllifləri Züleyxa Şirinova, Gəray Həsənov və Kənan Mahmudovdur. Dram janrında olan serialın rejissoru Kənan Mahmudov, ikinci rejissor İbrahim Əbilovdur.

"Şükriyyə” serialında baş rolları Kənna Mahmudov, Aqil M. Quliyev, Günay Həsənova, Günel Həmidova, Rüfət Nəzər, əməkdar artist Mətanət Atakişiyeva, Əjdər Zeynalov, Midhət Aydın və digərləri canlandıracaq.

"Çəkilişlər üçün əsasən Novxanı bağları, Bülbülə qəsəbəsi və paytaxtda yerləşən bir neçə məkan nəzərdə tutulub”, deyə aktrisa qeyd edib:

"Serialda zəngin ailənin tək qız övladı, iş xanımı olan Qumru obrazını, Kənan Mahmudov isə qardaşımı canlandıracaq. Qumru həssas sevgi üçbucağı yaşayan, rəfiqəsi, qardaşı və sevgilisi arasında qalan, güclü oyunun qurbanı olan bir xanımdır”.


3690 oxunub

InvestAZ