XƏBƏR LENTİ
01 Oktyabr 2020
30 Sentyabr 2020



Zeynəb Xanlarova vəfat edib? - AÇIQLAMA
MƏDƏNİYYƏT 09:53 / 19.05.2020

Azərbaycan Respublikasının Xalq artisti, görkəmli sənətkar, Sabiq deputat Zeynəb Xanlarovanın dünyasını dəyişməsi barədə xəbərlər yayılıb. Qeyri-rəsmi məlumatlara görə, sənətçi 83 yaşında Nyu-Yorkda dünyasını dəyişib. Xəbər sosial şəbəkələrdə ildırım sürətilə yayılıb.

Zeynəb Xanlarovanın qudası xəbərin yalan olduğunu bildirib: "Bilmirik bu xəbəri kim yayıb. Zeynəb Xanlarova sağdı və vəziyyəti də yaxşıdır".

Qeyd edək ki, bu ilin dekabrında Zeynəb Xanlarovanın 84 yaşı tamam olacaq. Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Belə ki, o, 1985-ci ildən 2019-cu ilə kimi deputat mandatı daşıyıb.Modern.az


2357 oxunub

InvestAZ