XƏBƏR LENTİ
25 May 2020
23 May 2020
22 May 2020



DEDİN - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 08:59 / 18.05.2020

"Bir qadına..." silsiləsindən

Yuxumu xatırladıb
Çin olmadığın - dedin...
Qəzəbin ötüb keçən -
Kin olmadığın, - dedin...

Yoxlayıb tam, arın da
Əyrisin, hamarın da...
Bu odun damarında -
Tin olmadığın , - dedin...

Haqq birdi -haqqım özəl
Yanım, bax, sən də közər...
Mənim sevgimdən gözəl -
Din , olmadığın dedin!

Hənrinlə kiprik sildin
Şəkər mayalı dildin!
Əbülfəti tək bildin -
Min olmadığın, - dedin!


726 oxunub

InvestAZ