Yunanıstanın ən titullu klublarında olan "Panatinaykos” "Qarabağ”ın Mərakeş əsilli fransalı futbolçusunu sıralarına qatmaq istəyir.
Newspao.gr xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçiyə yüksək məbləğdə müqavilə şərtləri təklif olunub.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin yayında Fransanın "Lens” komandasından "Qarabağ”a keçib.