XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



ABŞ-ın dövlət borcu rekord həddə çatıb
İqtisadiyyat 15:49 / 23.04.2020

ABŞ federal hökumətinin borc öhdəlikləri rekord həddə çatıb.

Trend-in məlumatına görə, Vaşinqtonun dövlət borcu 2020-ci ildə 24,5 trilyon dollar təşkil edib.

Qeyd olunur ki, buna koronavirus pandemiyası ilə mübarizə tədbirləri səbəb olub.

Təkcə bu ilin əvvəlindən ABŞ-ın borc öhdəlikləri 1,5 trilyon dollar artıb.

Xatırladaq ki, martın sonlarında prezident Donald Tramp koronavirusun iqtisadi fəsadları ilə mübarizə çərçivəsində yerli biznesə 2 trilyon dollar məbləğində yardım ayrılması barədə qanunu imzalamışdı.


11011 oxunub

InvestAZ