Burundi Futbol Federasiyası koronavirus səbəbindən ölkədəki bütün turnirləri müvəqqəti olaraq dayandırıb.
Bu barədə qurum saytı məlumat yayıb. Federasiya mövsümün mayın sonuna kimi tamamlamağı düşündüyünü də açıqlayıb.
Qeyd edək ki, Burundi Afrikada koronavirusdan sonra liqaları davam etdirən yeganə ölkə idi.