XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022



Çin Özilə qarşı - Fan-klubu bağlandı, sosial şəbəkəsi bloklandı
İDMAN 09:45 / 17.12.2019

Çində "Arsenal”ın türk əsilli futbolçusu Məsut Özilə qarşı kampaniya davam edir.

"The Telegraph” xəbər verir ki, Çinin dövlət KİV-ləri "Arsenal” klubunun adının hallanmasına qadağa qoyublar.

Onlar klub rəhbərliyindən futbolçunun yazısına görə üzr istəməyi tələb edirlər.

Bundan əlavə, Özilin Çin sosial şəbəkələrində səhifələri bloklanıb, 30 min üzvü olan "M10” fan-klubu bağlanıb. Çin hakimiyyət dairələri axtarış sistemlərindən Özilin adını pozmağa çalışırlar.

Xatırladaq ki, Özil Çində uyğurların sıxışdırılmasınaqarşı çıxıb və bu barədə "Twitter”də yazı yerləşdirib.



11730 oxunub

InvestAZ