XƏBƏR LENTİ
26 May 2022
25 May 2022
24 May 2022



Bu gündən əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanır
İqtisadiyyat 16:06 / 13.04.2020

Pandemiya ilə əlaqədar iş yerlərinin qorunması tədbirləri ilə yanaşı, əhalinin məşğulluq imkanlarının artırılması prioritet fəaliyyət istiqamətlərindən biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, bu məqsədlə DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub.

Əlavə ictimai iş yerlərinin rayon və şəhərlər üzrə bölgüsü təsdiqlənib, prosedur və mexanizmlər hazırlanaraq yerlərə göndərilib.

Bu gündən artıq həmin ictimai iş yerlərinin yaradılmasına başlanacaq. Həmin ictimai iş yerləri əsasən dezinfeksiya, sosial xidmətlər və s. istiqamətləri əhatə edəcək.


9699 oxunub

InvestAZ