XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Koronavirus pandemiyasının dünya iqtisadiyyatına vuracağı zərərin məbləği açıqlanıb
İqtisadiyyat 13:01 / 09.04.2020

Koronavirus pandemiyasının yayılması dünya iqtisadiyyatına növbəti 2 il ərzində 5 trilyon dollardan çox zərər vuracaq.

Bu barədə "Bloomberg” agentliyi mütəxəssislərin hesablamalarına əsasən yazır.

Qeyd olunur ki, virusla əlaqədar dünya iqtisadiyyatında 1930-cu illərdən bəri ən irimiqyaslı resessiya yaşana bilər.

Bununla belə, iqtisadi azalma qısamüddətli olsa da, ölkələrə böhranaqədərki vəziyyətə qayıtmaları üçün azı iki il tələb olunacaq.

Qeyd edək ki, bu günədək dünyada 1,5 milyondan çox insan koronavirusa yoluxub, ölənlərin sayı isə 88 min nəfəri keçib.


10060 oxunub

InvestAZ