XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



FİFA-da yeni rüşvət qalmaqalı - DÇ-2018 və DÇ-2020...
İDMAN 13:42 / 07.04.2020

ABŞ-ın Ədliyyə Nazirliyi DÇ-2018 və DÇ-2022 ilə bağlı yeni rüşvət iddianaməsi yayımlayıb.

İddianamədə FİFA rəsmilərinin Rusiya ilə Qətərin müvafiq olaraq 2018 və 2022-ci il dünya çempionatını keçirməsinəsəs vermək üçün rüşvət aldıqları bildirilib.

2010-ci ildə FiFA-nın vitse-prezidenti və KONKAKAF prezidenti olan Cek Uornerin Rusiyaya səs vermək üçün 5 milyon dollar rüşvət aldığı vurğulanıb. Qurumun sabiq İcraiyyə Komitəsinin üzvlərindən olan Rafael Salqeroya isə bunun qarşılığında 1 milyon dollar söz verilib.

Bundan başqa, Braziliya Futbol Konfederasiyasının keçmiş prezidenti Rikardo Teyşeyra və FİFA-nın keçmiş vitse-prezidenti, Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Nikolas Leozın Qətərin lehinə səs vermək üçün rüşvət aldığı bildirilib.


12474 oxunub

InvestAZ