XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Koronavirusa yoluxan müğənni: “Elə bildim, qripəm...”
Şou biznes 15:48 / 06.04.2020

18 gündür evdəkarantində olan türkiyəli müğənni Esra Balamir bu müddətdə başına gələnləri danışıb.

"Kanal D”də yayımlanan "Neler oluyor hayatta” verilişinin canlı yayımına bağlanan Balamir koronavirusla bağlı izləyiciləri maraqlandıran suallara aydınlıq gətirib.

Onun dediyinə görə, əvvəlcə qrip olduğunu sanıb:

"İki-üç gün qızdırmam oldu. Testim pozitiv çıxdı. Amma öskürmə olmadı. Sadəcə, hərarət və burun tutulması, arada da baş ağrısı”.

Müğənni tibb işçilərinin onunla maraqlandığını, dərmanlarını evinə gətirdiklərini, hər beş gündən bir yenidən test edilməli olduğunudeyib.

Bu aralar heç kimlə ünsiyyət saxlamayan, evə də kimsəni çağırmamasına rəğmən, virusa yoluxduğunubildirən müğənni insanların bu qədər rahat olmasına təəccüblənir.

O, vəziyyətinin getdikcə yaxşılaşdığını qeyd edib və iki gün sonra verəcəyi testin mənfi nəticə göstərəcəyinə ümid etdiyini bildirib.


12809 oxunub

InvestAZ