2020-ci il martın 1-dək Bakıda və regionlarda bank kreditləşməsi ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz çox olub.
Yenises.az bu barədə Mərkəzi Bankın statistik bülleteninə istinadən məlumat verir.
Hesabata əsasən, martın 1-dək Bakıda 12,3 milyard manat kredit verilib. Bu, regionlarla müqayisədə 4 dəfə çoxdur. Paytaxtda verilən kreditlərin 46 faizi, yəni 7 milyard manatı milli valyutanın payına düşüb.
Martın 1-dək Azərbaycanda kreditlər üzrə orta illik faiz dərəcəsi 11 faiz, Bakıda 9,15 faiz təşkil edib.
Azərbaycanda regionlar üzrə kreditlərin paylanması (1 mart 2020-ci il):
Kreditləşmənin həcmi (min manat) | Orta faiz dərəcəsi (%) | Ümumi kredit həcmində payı | |
Azərbaycan | 15 299 104 | 11,02 | 100 |
Bakı | 12 304 664 | 9,14 | 80,4 |
İqtisadi rayonlar, o cümlədən: | 2 944 440 | 17,09 | 19,6 |
Abşeron | 545 693 | 15,89 | 3,6 |
Aran | 775 677 | 21,19 | 5,1 |
Dağlıq Şirvan | 73 685 | 21,20 | 0,5 |
Gəncə-Qazax | 639 264 | 18,52 | 4,2 |
Quba-Xaçmaz | 210 146 | 18,85 | 1,4 |
Lənkəran | 287 571 | 20,40 | 1,9 |
Şəki-Zaqatala | 227 835 | 16,74 | 1,5 |
Yuxarı Qarabağ | 60 529 | 23,90 | 0,4 |
Kəlbəcər-Laçın | 0 | 0,00 | 0,0 |
Naxçıvan | 174 039 | 14,20 | 1,1 |