XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



BVF-dən şok: Tarixdə ilk dəfədir iqtisadiyyat bu cür...
İqtisadiyyat 09:37 / 04.04.2020

Koronavirus pandemiyası 2008-ci il qlobal maliyyə böhranından daha pis iqtisadi böhrana gətirib çıxardı.

Bu sözləri Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva deyib.

O bildirib ki, indiyə kimi 90 ölkə fonddan yardım istəyib və BVF 1 trilyon dollarlıq vəsaiti bu yolda istifadə etməyə hazırdır.

Georgiyeva əlavə edib ki, koronavirusa qarşı ən müdafiəsiz ölkələr iqtisadiyyatı inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdir:

"Təcili maliyyə tələbi məsələsində indiyə kimi belə bir halla qarşılaşmamışıq. BVF-nin tarixində heç vaxt dünya iqtisadiyyatının bu şəkildə dayanma nöqtəsinə gəldiyinin şahidi olmadıq”.


35861 oxunub

InvestAZ