XƏBƏR LENTİ
27 May 2020
26 May 2020
25 May 2020
23 May 2020
22 May 2020



Bakıda keçmiş məhkumlar avtomobil qaçırdı
KRİMİNAL 16:23 / 31.03.2020

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.İsmayılov və Cəlilabad rayon sakini T.Fərəcov avtomobillə birgə saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, martın 29-da Bakı şəhər sakini R.Qurbanovun VAZ-21014 markalı avtomobilinin paytaxtın Nizami rayonu ərazisindən qaçırılması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı ŞBPİ DYPİ, 24-cü PŞ və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.İsmayılov və Cəlilabad rayon sakini T.Fərəcov Nərimanov rayonu ərazisində avtomobillə birgə saxlanılıblar.

Araşdırma aparılır.


860 oxunub

InvestAZ