XƏBƏR LENTİ
01 İyun 2020
15:25 Təbrik
14:14 TƏBRİK
31 May 2020



Müharibə gedir, vəziyyət çox ciddidir – Deputat
Gündəm 15:22 / 31.03.2020

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah 24 saat ərzində intensiv işləyir. Martın 14-dən ölkədə xüsusi rejimin tətbiq edilməsi, martın 24-dən xüsusi karantin rejiminə keçilməsi və martın 29-dan etibarən qaydaların sərtləşdirilməsi görülən işlərin əhəmiyyətini və ciddiliyini bir daha göz önünə sərir. Xalqımız unutmamalıdır ki, bütün bu addımlar sağlamlığımızı qorumağa və virusa yoluxmaların qarşısını almağa yönəlib.

Bu sözləri  millət vəkili Elman Nəsirov ölkədə koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən qadağalar barədə danışarkən deyib. O bildirib ki, bu gün dünya ölkələri faktiki olaraq koronavirusla müharibə aparır:

"Bu müharibənin özəlliyi ondadır ki, ilk dəfədir bütün dünya ölkələri bir yerdə mübarizə aparır. Onu da deyim ki, bu müharibə heç bir beynəlxalq norma tanımır. Hazırda bütün ölkələrdə virusla mübarizə fonunda qabaqlayıcı tədbirlər görülür”.

Deputat qeyd edib ki, bu gün virusla mübarizədə xalq-dövlət vəhdəti, bərabərliyi çox önəmlidir:

"Yəni dövlət vətəndaşını qorumaq üçün qabaqlayıcı tədbirlər görürsə, vətəndaşların da buna riayət etməsi vacibdir. Bununla belə son zamanlar ölkədə virusa yoluxanların sayında artım müşahidə olunur. Bunun təbii və qeyri-təbii səbəbləri var. Təbii səbəbi budur ki, virus sürətlə yayılır və yayılma yolları çoxdur. Digər tərəfdən insanların qadağalara əməl etməməsi, yaxın təmasdan uzaq durmaması, kütləvi toplaşması virusun yayılmasına təkan verir. Vətəndaşların da virusla mübarizədə dövlətə dəstəyi çox önəmlidir”.

Elman Nəsirov bəzi ölkələrin koronavirusla mübarizədə Azərbaycan modelindən istifadə etdiklərini deyib:

"Hazırda İordaniya, Fələstin kimi ölkələr Azərbaycan modelini tətbiq edirlər. Çünki dövlətimiz dünya ölkələrinə nəzərən daha tez qabaqlayıcı tədbirlər gördü. İnkişaf etmiş Avropa ölkələrinə baxanda Azərbaycanda vəziyyət nisbətən yaxşıdır. Amma yenə də tədbirli olmaq, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etmək lazımdır”.


899 oxunub

InvestAZ