XƏBƏR LENTİ
27 May 2020
26 May 2020
25 May 2020
23 May 2020
22 May 2020



Azərbaycanda ərazilərin dezinfeksiya edilməsində drondan istifadə olunacaq
Gündəm 14:18 / 31.03.2020

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan "Elm və Texnologiyalar Parkı” MMC tərəfindən kənd təsərrüfatı sahələrinin dərmanlanması üçün hazırlanmış "Agrodrone” adlı dron yeni tip koronavirusa (COVID-19) qarşı dezinfeksiya işlərinin aparılmasına uyğunlaşdırılıb.

Yenises.az AMEA-ya istinadən xəbər verir ki, drona quraşdırılmış çənlər və püskürtmə sistemi dezinfeksiyaedici məhlulu müəyyən hündürlükdən təyin edilmiş əraziyə çiləməyə imkan verir.

Sistemin inteqratoru AMEA-nın Yüksək Texnologiyalar Parkının digər rezidenti olan "Azeltech” MMC şirkətidir.

Qeyd edək ki, hazırda COVID-19 pandemiyasının yayıldığı Çin, İtaliya, Fransa, İspaniya, Tayvan və digər ölkələrdə dronlardan dezinfeksiya işlərinin aparılmasında geniş istifadə olunur.


644 oxunub

InvestAZ