XƏBƏR LENTİ
27 May 2020
26 May 2020
25 May 2020
23 May 2020
22 May 2020



Ağcabədidə dələduz "iş başında" saxlanılıb
KRİMİNAL 13:55 / 31.03.2020

Ağcabədi rayon sakini T.Məmmədova hədə-qorxu gəlib pul tələb etməkdə şübhəli bilinən S.Muradov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, martın 30-da Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini T.Məmmədov həmyerlisi, əvvəllər məhkum olunmuş S.Muradovun ona hədə-qorxu gəlib 2000 manat pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Muradov həmin gün Hindarx qəsəbəsi ərazisində hədə-qorxu ilə tələb etdiyi 2000 manatdan 300 manatı alarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb


676 oxunub

InvestAZ