XƏBƏR LENTİ
27 May 2020
26 May 2020
25 May 2020
23 May 2020
22 May 2020



Kosmonavtlara əllə görüşmək və qucaqlaşmaq qadağan edildi
KRİMİNAL 13:16 / 31.03.2020

Aprelin 9-da Baykonur kosmodromundan Beynəlxalq Kosmik Stansiyaya yollanacaq astronavtlara koronavirus pandemiyası ilə əlaqədar əllə görüşmək və qucaqlaşmaq qadağan edilib.

"RİANovosti” agentliyi xəbər verir ki, bu barədə Kosmonavt Hazırlığı Mərkəzinin həkim-epidemioloqu Sergey Savin məlumat verib.

"Bizdə əllə görüşmək və qucaqlaşmaq qəti qadağan edilib. İstənilən çirklənmədən sonra kosmonavtlar əllərini yuyur və dezinfeksiya edirlər. Başqalarının şəxsi əşyalarından istifadə etməyə icazə yoxdur. Ümumi təyinatlı əşyalar hər istifadədən sonra dezinfeksiya olunur”, - deyə həkim-epidemioloq qeyd edib.

Epidemioloq kosmonavtların qidalanmasına vəsağlam həyat tərzinin qorunub-saxlanılmasına xüsusi diqqət edildiyini, həkimlərin daimi nəzarəti altında saxlanıldıqlarını söyləyib.


800 oxunub

InvestAZ