XƏBƏR LENTİ
27 May 2020
26 May 2020
25 May 2020
23 May 2020
22 May 2020



ÜST: Avropada koronavirus epidemiyası pik həddə yaxınlaşır
Sağlamlıq 17:34 / 31.03.2020

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada koronavirus epidemiyasının stabilləşməsinin əlamətlərini qeydə alıb.

Bunu ÜST-ün səhiyyə sahəsində fövqəladə hallar proqramının icraçı direktoru Mayk Rayan deyib.

Onun sözlərinə görə, İtaliya və İspaniya koronavirusa yoluxmanın pik həddinə yaxınlaşır və bir sıra digər ölkələr tərəfindən tətbiq olunan sərt məhdudiyyətlər müsbət nəticələrini verməlidir.

M.Rayan əlavə edib ki, yeni qeydə alınan yoluxma halları iki həftə əvvəl baş verən yoluxmaların nəticəsidir:

"Bir çox ölkələrdə tətbiq olunan məhdudiyyətlər nəticəsində yoluxmalar yalnız məişət zəminində, ailə üzvləri arasında qeydə alınır”.


699 oxunub

InvestAZ