XƏBƏR LENTİ
27 May 2020
26 May 2020
25 May 2020
23 May 2020
22 May 2020



Hər gün sizinlə - Əbülfət Mədətoğlu yazır
Ədəbiyyat 14:50 / 31.03.2020

MƏN SƏNƏ


"Bir qadına..." silsiləsindən


Necə sevdiyimdən başqa
Nə vardı - dedim mən sənə...
Can qurban etməyin yolun -
De, qurban edim mən, sənə!..


Kiməmki? - adicə bəndə
Nur gəzdim, nur tapdım səndə!
Dilimi batırıb qəndə -
Yüyürüb , yetim mən sənə..


Mənimçün ocaqsan, pirsən
Tanrımın özü tək birsən!
Nə zaman icazə versən -
Qoy Həcə gedim mən, sənə!


Ürək yandıran ünümlə
Bəlli halımla,günümlə...
Xoşbəxtlik adlı zülümlə -
Verim, bir idim mən sənə!


950 oxunub

InvestAZ