XƏBƏR LENTİ
27 May 2020
26 May 2020
25 May 2020
23 May 2020
22 May 2020



BŞİH: Bakı yollarında yeni yuyucu vasitədən istifadə olunur - Fotolar
MƏMLƏKƏT 20:53 / 30.03.2020

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən görülən dezinfeksiya işləri davam etdirilir.

BŞİH mətubat xidmətindən verilən məlumata görə, koronavirusun yayılma təhlükəsinin qarşısını almaq üçün bu gün paytaxtda yolların təmizlənməsi ilə bağlı yeni yuyucu vasitədən istifadə olunub:

"Bu günlərdə həm dezinfeksiya, həm də yolların yuyulması məqsədəuyğundur. Buna görə də Bakıda ilk dəfə olaraq Ceyhun Hacıbəyli küçəsində yeni yuyucu vasitədən istifadə olunmaqla dezinfeksiya işləri görülüb. Sözügedən küçə bütünlüklə yeni yuyucu vasitəsi ilə təmizlənib. Bu işlər davamlı şəkildə digər küçə və prospektlərdə də həyata keçiriləcək".


986 oxunub

InvestAZ