XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Kredit ödənişlərinə 3 ay güzəşt edilsin - Deputat
İqtisadiyyat 13:52 / 30.03.2020

Kredit ödənişlərinə 3 ay güzəşt tətbiq olunmalıdır.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasında deyib.

V.Bayramov bildirib ki, bununla bağlı Mərkəzi Bank da müvafiq addımlar atmalıdır:

"Dünya bankları artıq bununla bağlı addım atır. Düşünürəm ki, bizdə də kommersiya bankları belə davranmalıdır. Koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlər ödənişlərə də təsirsiz ötüşməyəcək. Hesab edirəm ki, Mərkəzi Bank da kommersiya banklarına müvafiq güzəştlər edərək likvidliliyi qoruya bilər”.

Deputat gecikmələrə görə bankların əlavə faiz tətbiq etməməklə bağlı təşəbbüs göstərməsinin də vacib olduğunu deyib.


18784 oxunub

InvestAZ