XƏBƏR LENTİ
05 İyul 2020
04 İyul 2020
03 İyul 2020



Azərbaycanda qeyri-iş günlərinin sayı artırıldı
MƏMLƏKƏT 19:40 / 25.03.2020

Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə Nazirlər Kabineti qərar verib.

Qərarda deyilir:

"Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilsin.

Müəyyən edilib ki, bu Qərarın 1-ci hissəsi dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir.

Bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan müddətlərdə müvafiq işlərə cəlb edilən işçilərlə bağlı əməkhaqqı saxlanılmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 2-ci hissəsi rəhbər tutulsun".

Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumları

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

Azərbaycan Respubikası Nazirlər Kabinetinin Aparatı

Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Azərbaycan Respublikasının Baş Prokurorluğu

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

Azərbaycan Respublikasının Ədliyə Nazirliyi

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

Azərbaycan Respublikasının Energetika Nazirliyi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Azərbaycan Respublikasının Dövlət Neft Fondu

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Azərbaycan Respublikasının Hesablama Palatası

"Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti

"Azəriqaz” İstehsalat Birliyi

"Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

"Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)

"Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

"Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı

Qeyd edək ki, Nazirlər Kabinetinin 12 mart tarixli qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilmiş, Novruz bayramında 9 gün qeyri-iş günü müəyyənləşmişdi.


3026 oxunub

InvestAZ