XƏBƏR LENTİ
31 Mart 2020



Tramp: Ərdoğandan barışıq istədim, qəbul etmədi
DÜNYA 10:00 / 25.03.2020

Türkiyədən kürdlərlə (YPG nəzərdə tutulur - red.) saziş imzalamasını, barışmasını istədim, qəbul etmədilər.

Bu barədə "Foks Nyus" kanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı "Türkiyəni sevən biri" adlandıran Tramp tərəflərin sonradan saziş imzaladığını qeyd edib:

"Türkiyəyə "Mənə bir yaxşılıq edin, kürdlərlə saziş imzalayın, barışın" tələbini irəli sürdüm, əvvəlcə Ərdoğan da, kürdlər də bu tələbi qəbul etmədi. Ancaq daha sonra tərəflər arasında saziş imzalandı".

Qeyd edək ki, sözügedən razılaşmaya əsasən, Türkiyə hərbi əməliyyata fasilə verib, kürd qruplaşmaları isə nəzarət etdiyi bölgədən geri çəkilib.


285 oxunub

InvestAZ