XƏBƏR LENTİ
31 Mart 2020



Karantin dövründə kreditlər necə ödəniləcək?
Gündəm 10:53 / 24.03.2020

Koronavirus pandemiyası dövründə vətəndaşların kreditləri ödəməsi məsələsi ilə bağlı təkliflər hazırlanır.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Prezidentin sərəncamı var, iqtisadi artımı saxlamaq, insanların müdafiəsini gücləndirmək, iqtisadi itkilərin vurduğu ziyanı minimumlaşdırmaq üçün təkliflər verilib, İşçi Qrupu formalaşdırılıb:

"İşçi qrupa 15 gün vaxt verilib ki, aprelin 3-dək bu təkliflər hazırlansın və Nazirlər Kabinetinə təqdim olunsun”.

O əlavə edib ki, Prezidentin siyasi iradəsidir ki, insanların üzərinə düşən ağırlığa dövlət şərik olacaq və onu yüngüllüşədirməyə çalışacaq:

"Bunun hansı formada olacağı təkliflərdən asılı olacaq”.


585 oxunub

InvestAZ