XƏBƏR LENTİ
05 İyul 2020
04 İyul 2020
03 İyul 2020



ASAN Xidmət də bu fonda 200 min bağışladı
MƏMLƏKƏT 16:27 / 22.03.2020

ASAN Xidmət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 000 manat məbləğində vəsait köçürəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan ASAN Xidmət mərkəzləri, "Elektron Hökumətin İnkişafı Mərkəzi", ABAD publik hüquqi şəxsi və ASAN Radio tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 000 manat məbləğində vəsait köçürülməsi qərara alınıb.

Müvafiq vəsait Dövlət Agentliyi əməkdaşlarının könüllü istəyi əsasında onlar üçün nəzərdə tutulan aylıq mükafatın məbləğindən həyata keçiriləcək.

Dövlət Agentliyinin kollektivi koronavirusla mübarizədə də Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan edir.


2093 oxunub

InvestAZ