XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



UEFA yeni turnir təşkil edə bilər - Yay Çempionlar Liqası
İDMAN 17:28 / 05.03.2020

UEFA yeni turnir təşkil edə bilər.

UEFA və ABŞ-ın "Relevent Sport" şirkəti 2021-ci ilin yayında klublar arasında yeni böyük turnir keçirməklə bağlı danışıqlar aparır.

Bildirilib ki, 2013-cü ildən keçirilən Beynəlxalq Çempionlar Kubokunun əsasında Yay Çempionlar Liqası təşkil edilə bilər. UEFA rəhbərliyi yeni turnirə rəsmi status və yarış xarakteri verməyi düşünür. Turnirdə təsnifat, qrup və "pley-off" mərhələlərinin keçirilməsi planlaşdırılır.

Qeyd olunub ki, yarışın layihəsi artıq İngiltərə Premyer Liqasının bir sıra klubuna təqdim olunub. "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul" və "Tottenhem"in artıq bu turnirə razılıq verdiyi bildirilib. Sözügedən klublar yarışda iştiraka görə istədikləri məbləği də açıqlayıblar.

Xatırladaq ki, "Relevent Sport" Beynəlxalq Çempionlar Kubokunun təşkilatçısıdır.


17150 oxunub

InvestAZ