XƏBƏR LENTİ
10 Avqust 2022
09 Avqust 2022



Suareslə müqavilə hansı halda uzadılacaq?
İDMAN 09:24 / 01.03.2020

"Barselona" futbolçusu Luis Suareslə müqaviləni uzatmaq üçün şərt qoyub.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə uruqvaylı hücumçunun özü danışıb. 33 yaşlı hücumçu 2020/2021-ci illər mövsümündə oyunların 60 faizində iştirak edəcəyi təqdirdə sözləşməsinin müddəti uzadılacağını bildirib:

"Ailəliklə Barselona bizim üçün çox yaxşıdır və hələ hiss edirəm ki, komandaya xeyir verə bilərəm. Mən "Barsa”da sonra da oynamaq istəyirəm, amma hər şey məndən asılı deyil. Müqavilənin uzadılması haqqında qərarı klubun rəhbərliyini qəbul etməlidir. Əgər növbəti mövsümdə matçların 60 faizdən çoxunu oynayasam, müqavilə avtomatik uzadılacaq".

Qeyd edək ki, L.Suaresin hazırkı sözləşməsi 2021-ci ilin iyununda bitəcək.


11179 oxunub

InvestAZ