XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Bakıda bir ayda sənaye məhsullarının və xidmətlərinin həcmi açıqlanıb
İqtisadiyyat 17:53 / 28.02.2020

2020-ci ilin yanvar ayında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,5 milyard manat təşkil edib.

Sənaye məhsulunun 80,0 faizi mədənçıxarma, 17,6 faizi emal, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 81,0 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87,0 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,0 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 fevral 2020-ci il vəziyyətinə 244,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.


11723 oxunub

InvestAZ