XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022



Daha bir idmançımız olimpiadaya lisenziya qazandı
İDMAN 17:28 / 18.02.2020

İrina Zaretska (68 kq) Dubayda Karate1 Premyer Liqa turnirinin bürünc medalını qazanıb.

O, bununla həm də Tokio olimpiadasına lisenziyanı vaxtından əvvəl təmin edib.

Karateçimiz Tokio Yay Olimpiya Oyunlarında +61 kq çəki dərəcəsində yarışacaq. Xatırladaq ki, o Dünya Karate Federasiyasının (WKF) reytinq cədvəlinin və olimpiya reytinq cədvəlinin lideridi.

Bu nəticəyə baxmayaraq, Zaretska hər iki reytinq cədvəlində mövqeyini qorumaq üçün qarşıdakı yarışlara da qatılacaq. Rafael Ağayevə isə olimpiya lisenziyası almaq üçün 3 qələbənin reytinq xalları bəs edir.

Azərbaycan karateçilərini 28 fevral - 1 mart tarixlərində Avstriyanın Zalsburq şəhərində mövsümün üçüncü Karate1 Premyer Liqa turniri gözləyir.


10727 oxunub

InvestAZ