XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Aida Adıgözəl : - Sənə...
Ədəbiyyat 12:17 / 23.06.2022

Səndən bir şey istəyəcəm,
amma söz ver, gülmə, gülmə.
Arada yuxuna gəlim,
sən də guya bilmə, bilmə.
Darıxanda mesaj yazsam,
"oxunmayıb" oxun atsan,
mən də cavabçın ağlasam
mesajımı silmə, silmə.
Bir gün eşitsən ölmüşəm,
səndən izinsiz köçmüşəm,
xəbər göndər incimisən
ağla, amma gəlmə, gəlmə.
Hər gün mənə şeirlər yaz,
şəklimi sətirlərə qaz,
bir az, çox yox, elə bir az
darıx, amma ölmə, ölmə...


1246 oxunub

InvestAZ