XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Polisə tabesizlik göstərən “Leksus”un sürücüsü saxlanıldı
KRİMİNAL 11:55 / 23.06.2022

İyunun 22-si saat 17 radələrində Biləcəri qəsəbəsi ərazisində "Leksus” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Yenises.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, polis əməkdaşlarında Bakı şəhər sakini, sürücü Hümbət Nəbiyevin narkotik vasitə istifadə etməsi şübhə yaradıb. Onu tibbi müayinəyə aparmaq istəyərkən sürücü polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərib.

H.Nəbiyev saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə təhvil verilib.(axar.az)


654 oxunub

InvestAZ