Dünya dediyim yoldu,
Yoldu, uzanıb gedir.
Bəzən adam bu dünyadan
Küsüb, usanıb gedir.
Min illərdi yer üzünə
İnsan gəlir, insan gedir.
Bəzən insan bu dünyaya
Peşiman gəlir, peşiman gedir.
Bir çiçək ömrü yaşayır,
Vaxtsız açıb, vaxtsız solur.
Bəzən insan bir ağac,
Bəzən bir bulud olur.
Mən də gəldim, gedirəm,
Könül qan ağlar, əlvida.
Dunya bir yoldu, Tanrım,
Əlvida, dağlar, əlvida...
1366 oxunub