XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Fəal müəllim,vətənpərvər insan- Çingiz QURBANOĞLU
Elm 15:10 / 22.06.2022
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər.
Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq.
Söhbət açacağımız müəllimlərdən biri də, Sabunçu rayonu 170 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Vüsalə Qasımovadır.
Vüsalə Qasımova 27.12.1972- ci ildə Cəbrayıl rayonunda anadan olub. 1980-1990 cı illər orta məktəbdə, 1990-1995 cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil alıb.
2000-ci ildə ixtisasını dəyişərək İbtidai sinif müəllimi peşəsinə yiyələnib və bundan sonra ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir.Müəllimlik fəaliyyəti ilə bərabər Vüsalə xanım əsl vətənpərvər,xalqını sevən və savadlı şagirdlər hazırlayır desək, yanılmarıq.
Bu ilki dərs ilin onun üçün xüsusilə yaddaqalan olub.Belə ki,il ərzində Vüsalə Qasımova xeyli maraqlı və mühüm tədbirlər həyata keçirib.
44 günlük II Vətən Müharibəsinin, eləcə də,Qələbəmizin işıqlandırılması və şagirdlərə çatdırılması mövzusunda müxtəlif işlər görüb.
20 dən çox Şəhid ailəsinin evinə ziyarət təşkil edib,onların dərdinə şərik olub.

Bu il sentyabrın 27 də " 44 günlük Müharibə və Qələbə” ilə əlaqədar möhtəşəm tədbir keçirib,müxtəlif qurumlardan qonaqlar çağırıb,çıxışlar edib və videoçarxlar hazırlayıb.
9 Noyabr Bayraq günü münasibətilə yenidən sinif şagirdlərilə birgə tədbir keçirib,qonaqlar dəvət olunub və respublikamızın üçrəngli bayrağının tarixi haqqında fikirlər söylənib.
Azərbaycan Respublikası tərəfindən 2022-ci ilin "Şuşa”ili elan olunması ilə əlaqədar olaraq İşlədiyi 170 saylı orta məktəbdə şagird və valideynlər qarşısında Qarabağın və Şuşanın tarixi barədə nitq söyləyib. Qarabağın tacı olan Şuşanın xalqımız üçün necə müqəddəs və əziz məkan olmasını,Şuşa sevgisinin hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olduğunu qeyd edib.
Cəbrayılın alınması uğrunda Şəhid olmuş Vüqar Cəfərovun doğum günü onların evinə getmiş və ailəsi ilə birlikdə anım gününü qeyd etmişdir. Məktəbin iki Şəhidi, Qələndər Alıyev və Taleh Mehdiyevin adına bulağın açılışında sinif şagirdlərilə birgə iştirak edib.
Onu da qeyd etmək lazımdır ki,"44 günlük müharibə” başlayan gündən Vüsalə Qasımova şagirdləri ilə birlikdə arxa cəbhədə ön cəbhə üçün vətənpərvərlik ruhunda əlindən gələn işləri görmüşdür.
Müxtəlif qurumlar,eləcə də media nümayəndələri dəfələrlə Vüsalə müəllimənin tədbirlərində iştirak edib və onun fəallığı barədə fikirlər söylənib.
Sosial şəbəkələrdə paylaşdığı videoçarxlar deməyə əsas verir ki, Vüsalə müəllimənin fəal əməyi digərlərinə nümunə olmalıdır.Ona görə də onun haqqında müxtəlif mətbuat orqanlarında məqalələr yazılır.Biz də onun əməyini işıqlandırmağı özümüzə borc bildik.
Əslən Cəbrayıldan olan Vüsalə Qasımova əsl Qarabağlı,vətənpərvər müəllimə kimi Azərbaycanın tarixində baş verən əlamətdar hadisələrə biganə qala bilmir.Bununla bağlı bütün bilgilərini şagirdlərlə bölüşür.
Təsadüfi deyil ki,bu il Vüsalə Qasımova Azər KİVİHİ və Təhsil Forumunun təşkilatçılığı ilə keçirilən "İlin müəllimi” və "İlin vətənpərvər adamı”adına layiq görülüb.

İlin əvvəlindən 4-cü siniflərlə işləyən Vüsalə müəllimə Məktəb Şəhidlərinin ,eləcə də Ceyhun Şalıyevin doğum günü ilə əlaqədar Şəhidin evində anım günü keçirmişlər.
10 May tarixində Heydər Əliyevin Anım günü,1 İyun Beynəlxalq Uşaqların müdafiəsi günü ilə bağlı sinifdə tədbir keçirərək şagirdləri bilgiləndirib.
Məktəb yarışlarında onun sinifi həm idman üzrə,həm də bilik üzrə yüksək yerləri tutub.
Vüsalə müəllimənin bu ilki fəaliyyəti barədə onu deyə bilərik ki, bəli cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir. Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə verir. Müəllim gözünün nurunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə verir.
Sonda fəal müəllim,əsl pedaqoq olan Vüsalə Qasımovaya uğurlar və can sağlığı arzulayırıq.Arzu edirik ki,bütün müəllimlər vəzifisinin öhdəsindən onun kimi layiqincə gələ bilsin.Çünki,uşaqlarımızın gələcəyi onların əlindədir.
Gözəl müəllim, biz sizin kimi müəllimlərmizlə qürur duyuruq! Üzündən, çəkdiyin zəhmətin bəhrəsindən doğan təbəssüm, xoşbəxtlik əskik olmasın !
Fəal müəllim,vətənpərvər insan
Fəal müəllim,vətənpərvər insan

1334 oxunub

InvestAZ