XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



"Müəllimlər müəllimi Məhəmməd Zeynalov"
Maraqli 13:33 / 22.06.2022
"Müəllimlər müəllimi Məhəmməd Zeynalov"adlı tədbirin iştirakçıları 50-60 ildən sonra doğma məktəbdə.
 
Bu gün uzun illər  Kürdəmir rayonunun Köhünlü kənd tam orta məktəbinə rəhbərlik etmiş  "Əməkdar maarif işçisi", bütün mənalı həyatını təhsilə, xalqın maariflənməsinə, uşaqların tərbiyəsinə həsr etmiş müəllimlər müəllimi, el ağsaqqalı, bizim üçün dünyanın ən böyük tarixçisi, ən güclü "kralı", düzgünlük və əyilməzlik simvolu, ləyaqət etalonu olan Məhəmməd Zeynalovun xatirə gecəsi keçirilir.
50-60 il əvvəlin məzunları , müəllimləri tədbirdə bir yerə yığışacaq, xatirələrini çözələyəcəklər.
Müəllimimizin nurlu xatirəsi qarşısında ehtiramla baş əyirik.
 
 
Kürdəmir rayonu Şəhid Müşfiq Cəfərov adına Köhünlü tam orta məktəbində "Müəllimlər müəllimi - Məhəmməd müəllim"ə həsr olunmuş xatirə gecəsi keçirildi. Tədbirdə Köhünlü kənd orta məktəbin və V. Sarıyev adına Şüşün kənd orta məktəbin müəllim kollektivi,50-60 il öncəki məzunları, qonşu kəndlərdən olan şagirdləri, ziyalılar iştirak etdilər. Tədbirin gündəliyinə əsasən, tədbir iştirakçılarının bir qrupu Qaramahmudlu kəndində Məhəmməd müəllim ocağını ziyarət etməklə, məzarını ziyarət etdilər. Vaxtilə sevimli şagirdi olmuş axund Mirfizuli tərəfindən məzarı üstündə Quran ayəsi oxundu, iştirakçılar tərəfindən qərənfillər qoyuldu. Tədbirin əsas hissəsi Köhünlü kənd tam orta məktəbində davam etdirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Hüseyn Məmmədov açdı. Daha sonra Regional Mədəniyyət idarəsinin şöbə müdiri Vaqif Alıyev, yazıçı- publisist Əlisəfa Azayev,öz çıxışlarında Məhəmməd müəllimlə bağlı xatirələrindən söz açdılar. Məktəb şagirdləri şeirlər söylədilər.
Tədbirdə Məhəmməd müəllimin rəhbərlik etdiyi məktəbdə çiyin- çiyinə birgə işləmiş müəllimlər və digər sənət sahibləri Məhəmməd Zeynalovla bağlı xatirələrini bölüşdülər.
Tədbirin sonunda məzunlar xatirə şəkli çəkdirdilər. Tədbirdə iştirak edən hər bir iştirakçıya minnətdarlığımı bildirirəm.
Tədbiri təşkil edib ərsəyə gətirən başda Vaqif müəllim olmaqla, Hüseyn müəllimə, Əhliman müəllimə dərin təşəkkürümü bildirirəm. Fəxr edirəm ki, mən də belə bir ziyalının oğluyam!

1483 oxunub

InvestAZ