XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Adilə NƏZƏR: - ODUR
Ədəbiyyat 08:24 / 20.06.2022
Türk toplumlarının hamisi Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana
O, bir dünya lideri, əsrin siyasətçisi,
Hər ölkədə hər kəsdən öndə odur, baş odur.
Məzlumların hamisi, haqqın əmanətçisi,
Kimin haqqı pozulsa ona tərəfdaş odur.
O, fəxarət yeridir, o, fərəh, qürur hissi,
İllərdi ki, ayırıb seçir yaxşını-pisi.
O, millət sevdalısı, o, böyük Türk kişisi,
Qızıl hərflə yazılan tarixə yaddaş odur.
Ağladım, gözyaşıma dəyən gözyaşı gəldi,
Düşmənə savaş açdı, yağıya qarşı gəldi,
Dünyanı qarşısına alıb, yanaşı gəldi, -
Ali Baş Komandanım İlhama qardaş odur.
Hər qarış torpağına vətən deyən, yurd deyən,
Bayrağını ucadan-ucalarda tut, deyən,
Əsgərimi öyəndə, vüqarla Bozqurd, deyən,
Zəfərimin yoluna baş qoyan yoldaş odur.
Öyüdünü sabaha- gələcək nəslə deyir,
Qarabağ şeirini coşqun həvəslə deyir.
Şəhid məzarlarından yüksələn səs də deyir:
Ruhumu salamlayan dua odur, marş odur.
Vətən adlı dövləti, millət adlı varı var,
Uca dağa bənzəyir, zirvəsində qarı var,
İlahidən aldığı gizli bir qərarı var,
O, ərdir, Ərdoğandır, çox sirrə sirdaş odur.
Adilə Nəzər 17.06.2022


4276 oxunub

InvestAZ