XƏBƏR LENTİ
10 Avqust 2022
09 Avqust 2022



Tahir Rzayev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri:-Birliyimizi nümayiş etdirən festival
SİYASƏT 18:04 / 31.05.2022

    Azərbaycan - Türkiyə qardaşlığı və birliyi tarixi köklərə bağlıdır və xalqlarımızı dini, mədəni mənəvi dəyərlər birləşdirir. Xalqlarımız ən çətin vaxtlarda bir - birlərinə kömək əli uzatmışlar, sevinclərini, kədərlərini birlikdə qeyd etmişlər.                                     Bakıda keçirilən TEXNOFEST Azərbaycan Aerokosmik və texnologiya festivalı Azərbaycan - Türkiyə qardaşlığının, birliyinin əyani bir nümunəsi oldu. İki qardaş ölkənin Prezidentlərinin cənab İlham Əliyevin  və cənab Rəcəb Tayyib Ərdoğanın  festivalda iştirakı, çıxış etmələri göstərdi ki, dövlətlərin rəhbərləri nəinki çətin günlərdə, eləcə də ən xoş günlərdə də bir - birlərinin yanındadırlar. Çünki son 30 il ərzində qardaş Türkiyə həmişə Azərbaycanın yanında olub və 44 günlük müharibə günlərində biz bunu daha aydın gördük. Türkiyə bir an belə öz mənəvi dəstəyini əsirgəmədi.                            Müharibənin ilk saatlarında "Azərbaycan tək deyil, Türkiyə yanındadır” kəlmələrini bütün dünyaya bəyan edən Türkiyə Prezidentinin daimi dəstəyini Azərbaycan xalqı heç zaman unutmayacaqdır.            Cənab İlham Əliyev də Türkiyə rəhbərinin, türk xalqının bu dəstəyini bütün görüşlərdə, tədbirlərdə yüksək qiymətləndirir bu qardaşlığın, birliyin əbədi və yenilməz olduğunu qeyd edir.                Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş paradda Azərbaycan və Türkiyə hərbiçilərinin çiyin - çiyinə addımlaması, Şuşa – Bəyannaməsinin qəbul edilməsi, Türkiyə Prezidentinin Fizuliyə, Şuşaya səfərləri, eləcə də TEXNOFEST festivalında iştirakı dövlətlərimizin daim bir yerdə olacaqlarına, düşmənə qarşı birgə mübarizə aparacaqlarına zəmanətdir.                                            İki qardaş dövlətin müttəfiqliyi bu gün bütün sahələrdə - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, hərbi quruculuq, mədəniyyət, təhsil istiqamətlərində özünü aydın göstərir. İşğaldan azad olunmuş ərazilərdə Türkiyə şirkətlərinin yaxından iştirak etməsi, parlament üzvlərinin, iş adamlarının, siyasi xadimlərin tez - tez Bakıda olmaları əlaqələrimizin möhkəmlənməsində başlıca rol oynayır.                                                Festivalda cənab İlham Əliyevin qeyd etdiyi kimi "nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır”.                                Bu bir həqiqətdir. Sülh və əminamanlıq uğrunda çalışan Prezidentlərimizin əməlləri və amalları məhz xalqlarımızın xoşbəxtliyinə, regionda təhlükəsizliyin təmin edilməsinə yönəldilmişdir.                                                                                                                                    
2279 oxunub

InvestAZ