XƏBƏR LENTİ
10 Avqust 2022
09 Avqust 2022



“Qarabağ qələbəsi ilə Qafqazda yeni dövr başlayıb” - Ərdoğan
SİYASƏT 17:31 / 29.05.2022

"Səfərim zamanı biz cənab Əliyevlə əla ikitərəfli münasibətlərimizi və Qarabağ qələbəsindən sonra regionumuzdakı vəziyyəti nəzərdən keçirdik. Nümayəndə heyətimdəki nazir həmkarlarım da həmsöhbətləri ilə məhsuldar görüşlər keçirdilər ki, bu da gələcək dövr üçün əməkdaşlığımızı gücləndirəcək”.

Teleqraf.com xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib.

"Nəqliyyat əlaqələrinin qurulması, urbanizasiya və Qarabağın istehsal dünyası ilə reinteqrasiyasına dəstəyimiz davam edəcək. Müvafiq qurumlarımız şirkətlərimizlə birlikdə kənd təsərrüfatı torpaqlarının bərpası üçün azərbaycanlı həmkarları ilə birgə fəaliyyətlərini davam etdirəcəklər. Bununla da azərbaycanlı qardaşlarımızın illərdir həsrətində olduqları ata-baba torpaqlarına qovuşmasına öz töhfəmizi vermiş olacağıq”, - Türkiyə lideri deyib.

Türkiyə prezidenti qeyd edib ki,Qarabağ qələbəsi ilə Qafqazda yeni dövr başlayıb: "Bu epik qələbə bizim ümumi coğrafiyamızda davamlı sülhün və hərtərəfli normallaşmanın qarşısında duran maneələri aradan qaldırdı. Hesab edirik ki, bu tarixi şansı əldən vermək olmaz”.

"Azərbaycan və Ermənistanın aralarındakı məsələlərin birbaşa həlli istiqamətində atdığı addımlardan məmnunuq. Türkiyə olaraq biz tərəflərin sərhəd məsələlərinin həlli, sülh müqaviləsinin bağlanması, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərini dəstəkləyirik. Bu səylərin uğuru bizim hamımızın, bütün regionumuzun xeyrinədir. Xüsusilə sevindirici haldır ki, sərhəd komissiyaları mayın 24-də ilk iclasını keçirib və Zəngəzur dəhlizində irəliləyiş əldə olunub. Biz də Ermənistanla münasibətlərimizin normallaşması prosesini səmimiyyətlə aparırıq” - deyə Ərdoğan qeyd edib.


Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.



3735 oxunub

InvestAZ