XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Aysundan sinə əməliyyatı iddialarına cavab: “Utanıram” - VİDEOMÜSAHİBƏ
Şou biznes 11:38 / 15.02.2020

"Bir ay əvvəl Moskvaya getmişdim.Nəhayət, doğma Bakıma qayıtdım. Toy olmasa, Moskvaya getmirəm. Çünki bu boz şəhəri sevmirəm. Toy olmayanda da anam məni qınayır. Deyir ki, bala, ailən buradadır, hərdən gəlibbizə dəy. Mən də deyirəm ki, ana, İstanbula get, yanına gəlim”.

Bu sözləriOxu.Az-a özəl açıqlamasında müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysun deyib.

O, mart ayında anasınınBakıya gələcəyininanonsunu verib:

"Anam mart ayında vətənə qayıdır. Beş ildən çoxdur ki, o Moskvada, mən isə Bakıdayam. Bir-birimiz üçün çox darıxırıq. Anam fəaliyyətini artıq burada davam etdirəcək. O, vətəni və işləri üçün çox darıxıb. Tamaşaçı da anam üçün darıxıb. Moskvada evimiz,ailə biznesimiz var. Buna görə anamMoskvaya zaman-zaman gedib-gələcək”.

Tanınmış jurnalist Ülviyyə AlovlununOxu.Az-a açıqlamasında Rəqsanəyə ünvanladığı "Adama deyən lazımdır ki, Cey Lonun villasından tikdirirsənsə, bütün Bakı arxanca borca görə niyəağlayır? Niyə axtarırlar səni?” suallarınaAysununcavabı sərt olub:

"Çox borcumuz yoxdur. Olanda da anam efir vasitəsi ilə etiraf edib. Bunu deməyə ehtiyac yoxdur. Mənim borcumu Ülviyyə ödəyir? Bizim üçün evi o tikdirir?

Bizim evlə bağlı problemimiz oldu. Bunu hamıya anam özü dedi. Deməyə də bilərdi. Biz kimdənsə qorxuruq? Rəqsanənin borcu var deyən insandan biz qorxub, utanırıq? Kirayədə yaşayanvə borcunu ödəyə bilməyən insanlar var. Bu,ayıbdır?

Bu sözləri deyən adam öz ayaqlarının üzərində dursun, ona-buna söz aparıb-gətirməklə pul qazanmasın, Rəqsanə kimi bütün nəsli dolandıra bilsin, sonra danışsın.

Ülviyyə Alovlunu şou-biznesdə özümə düşmən görmürəm. "Aysunun səsi yoxdur” iddiasına isə demək istəyirəm ki, efirə çıxıbmöhtəşəm səsim var deməmişəm. Hər zaman demişəm ki, oxumaqhobbimdir. Səhnədə olmağı sevirəm. Səsimdə şirinlik var. Bu da mənə uğur gətirir. Ömrümün sonuna kimimüğənni olmaq fikrində deyiləm. Ailə həyatı qurana kimi oxuyacağam, sonra isə xəyalımdakıişlə məşğul olacağam. Bu isəmodelyerlikdir”.

Müğənni "Heç zaman bağışlamayacağınız məşhur” sualına Təranə Səmədovanın adını çəkərək, prodüser haqqında qalmaqallı fikirlər səsləndirib:

"Heç kimlə düşmənçilik etmirəm. Təranənin qızı Suelifalarımı bəyənir. O, özü də bu barədə müsahibəsində deyib. Onun qızı məni sevirsə,buna ancaq sevinə bilərəm. Suelin bəxtinin gözəl olmasını arzu edirəm. Qalmaqal olanda, uşaqları bu məsələdən kənarda saxlamaq lazımdır. Amma Təranə anamla mübahisə edəndə məni söhbətə qatmışdı. Biz heç kimin uşağı ilə mübarizə aparmarıq. Problem varsa, valideynlə həll etmək lazımdır. Buradan Sueli salamlayıb, öpürəm”.

Gözəlləşmək üçün bıçaq altına uzanan məşhurlardan olan A.İsmayılova haqqında danışılan mamoplastika (red: sinə əməliyyatı) iddialarını yalanlayıb:

"Bir tək burnumda rinoplastika əməliyyatı aparılıb.O ki qaldı mənim sinə əməliyyatı keçirməyimə, nə istəyirlər danışsınlar. Bu barədədanışmaq belə istəmirəm. Çünki utanıram. Kamera önündə bu sözlərdanışılmaz.

Bizim bir çox ulduzlarımız "bədən şəkilləndirici” əməliyyata üz tuturlar. Buna normal baxıram. Bu əməliyyatı keçirmək istəyirəm. Amma həkim dediki, səndə piy var ki, bu əməliyyatı edək”.

"Ombanızı da böyütmək istəyirsiniz?”sualına isə Aysun "İstərdim, niyə də yox? Amma alınmaz, çünki piyim yoxdur” - cavabını verib.

Daha sonra ifaçı "Hansı bəyə "Hə” deyib, onunla evlənərsiniz?” sualınaisə belə münasibət bildirib:

"Elçilər o qədərdir ki... Ammaqapıma istədiyim insan hələ gəlməyib. İstədiyim və"Hə” deyəcəyim bəyin insanlığı daha önəmlidir. İnsan olsun. Boyu-buxunu, qaşı-gözü, varlı olması vacib deyil.Əsas odur ki, onu sevdiyim kimi o da məni sevsin. Anamdeyəndə ki, elçilər gəlib, söyləyirəm ki, yox cavabını elə de ki, inciyib getməsinlər. O daelçilərə qızım üçün ərə getmək hələ tezdir deyir.

"Şou-biznesin zövqsüz məşhuru Şəbnəm Tovuzludur”- deyən Aysun fikirlərini belə davam etdirib:

"Şəbnəmin xətrini çox istəyirəm. Amma geyim tərzini dəyişsə, çox yaxşı olar”.

"Son günlər sosial mediada ən çox müzakirə olunan Əməkdar artistAybəniz Haşımovanın müğənni qızı Aynişanın toyu oldu. O, toyununmediaya qapalı keçməsini desə də, hər şey tərsinə oldu” fikrinə müğənninin reaksiyası belə olub:

"Aynışanı təbrik edirəm. Çox gözəl görünürdü. Hər kəsin bir alın yazısı və xəyalındakı toy arzusu var. Xəyalımdakıtoyqapalı olmalıdır. Aynişan toyunda olduğu kimi icazə vermərəm ki, toyumda baş verənlər mediaya bu qədər açıq şəkildə yayılsın. Mənə bu lazım deyil. Ailəmi hər zaman gizli saxlayacağam. Çox qapalı və ağır bir toy mərasimi keçməlidir. Toyumda "diskoteka” olmayacaq. "Diskoteka” mahnılarına toyumda oynasam, qonaqlar qarşısında çox utanaram. Efirə açıq-saçıq geyimdə çıxsam da, dənizdə "parero”nu üzərimdən çıxarmıram ki, birdən məni kimsə çimərlik geyimində görər”.


12765 oxunub

InvestAZ