XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



"TEKNOFEST-Azərbaycan"ın proqramına dəyişiklik edilib
Gündəm 10:52 / 28.05.2022
Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalının bugünki proqramına dəyişiklik edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
 
Məlumata görə, 28 May - Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində möhtəşəm konsert proqramı keçiriləcək. Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa çatacaq.
 
Gün ərzində festival ərazisində hazırlıq işləri aparılacaq.
 
Bu gün üçün bilet əldə edən izləyicilər 20:30-da festivalın keçirildiyi əraziyə daxil ola biləcəklər.


Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.


1326 oxunub

InvestAZ