XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



KƏRAMƏT : -POSTMODERNİZMLƏ MEYXANANIN ƏLAQƏSİ VARMI, MEYXANA NƏDİR, NƏ DEYİLDİR?
Maraqli 08:44 / 28.05.2022

Məsələyə az dəxli olan bir giriş: Özünü postmodernist sayanların meyxanaya qızğın etirazı absurddur, nə yazdıqlarını bilmədikləri kimi nəyin mübahisəsini etdiklərini də bilmirlər, problem burda ki, məntiqi olmayanı məntiqlə izah eləməyə çalışırlar "dahi yazıçılarımız". Meyxana , indiki günümüzdə, nə qədər baş qatmağa hesablanıbsa, bu müzakirələr də ona hesablanıb. Desəm ki, POSTMODERNİZMLƏ MEYXANA ARASINDA CİDDİ BİR ƏLAQƏ VAR , yumşaq şəkildə desək, məni qınayarsınız. Amma bu bambaşqa söhbətin mövzusudur. Və bu mübahisələr və mübahisə iştirakçılarının "postmodern" tərəfi uduzur, meyxanaya xidmət edir. ,ona can suyu verir. Yəni meyxananı-dünənin tozlu rəflərindən endirib tele işğalına yol açanlar, günün vacib məsələsi kimi kütləyə təqdim edənlər ideoloji atalardır. Xoşqədəmin verilişində hüquq, ədalət axtarılan atmosfer bu müzakirə -söhbətlərinin eynisidi. Meyxana yayılmır, onu yayırlar. Bu müzakirə verilişlərdə əlehdarlar uduzur. Heç nə analamayan tamaşaçının beyni bir az da qarışır, yadında biri-birinə qışqıran iki tərəf qalır, qarşıtərəf meyxana atmosferində meyxanaçı kimi danışaraq-çığır-bağır salaraq artıq o ritmlə, havayla "rəqs edir"., özü fərqində olma- sa da. Meyxanaçılar məmnuncasına verilişi tərk edir ki, OBYEKT onlardı, əlehdarlar da bir o qədər xoşbəxtdilər ki, ədəbi patriot ədasıyla televiziyada görünüblər.
Məsələni bəsitləşdirək. MEY+ XANA...niyə çay+xana və s. xana yox? Hə.."mey" üst -qabıq tərəfidi, alt qatında, tiryək, nəşə, digər narkotik maddələrin yaratdığı ab-hava, aura, başdumanlandıran məkan və bu məkandakı xırıltılı səslərin qulaqlar vasitəsilə beyinləri "hallandırması" var. Yerindəcə vurğulayım ki, mənim təsbitim nəyisə aşağılamaq, qaldırmaq deyil, məsələni aydınlandırmağa yönəlik bir cəhddir, bütün yanaşmalarımda olduğu kimi.
Bu xananı-məkanı yetişdirən dövr, şərait olmalı, bəsləndiyi sosial axın olmalı..Bu məqamda filosofluq eləmək istəyirəm: HƏR BİR MƏNTİQSİZ GÖRÜNƏN HADİSƏNİ DƏ MEYDANA ÇIXARAN MƏNTİQİ PROSESLƏR VAR.
İstədim dünyada gedən ədəbi proseslərdən başlayıb, bizdəki vəziyyəti izah etməyə çalışım, açığı, tikiləcək libasın bədənə-mövzuya böyük olacağını düşündüm.
Kobud şəkildə desək, bizdəki meyxana "oğru dünyasının" ağız-qulaq (folklor) ədəbiyyatı kimi meydana çıxıb.
Və dünyada qeyri-ədəbi, qeyri-qanuni, daha sonralar küçə ədəbiyyatı, musiqisi, rəssamkığı sənətin ciddi atributu, mərhələsi, tərkib hissəsi kimi içtimai-siyasi-iqtisadi şərtlər daxilində bəslənib, yetşib, qatqısını da verib və bütün hadisələr kimi ömrünü başa vurub , aktuallığını itirib. Bizdə meyxananın diri tutulmasının, ona süni nəfəs verilməsinin heç bir tarixi gerçəkliklə bağı, perespektivi yoxdur. Meyxananın leksikonu, ritmi də həmin küçə , oğru jarqonunda aranarsa, anlaşılar.
Qaldı ki, meyxananın gənclərin zövqünü korlamasına..şeiri sənət kateqoriyasından çıxarıb gündəlik tələbat malları siyahısına salannların, dıydığ müğənnilərin, romanı uşaq oyuncağına çevirənlərin, ,şəkil siyasilərin, hərşeyşünasların və s-lərin danışmağa heç haqqı yoxdur.
Oğru... yazılı qanundan kənar işlər görsə də "Qanuni Oğru"nu doğuran səbəblər var. Ədəbi avtoritar sərhədlərə etiraz xarakterlidi ciddi meyxana, zamanına görə. Mövzuya azadlıq, dilə də zənginlik gətirib,(necə ki, vaxtı ilə divan ədəbiyyatına folklor zənginlik qatdı) bütövlükdə, dünya bədi təfəkkürünün inkişaf yoluna, gedişatına nəzər yetirərkən, bunları görməzdən gələ bilmərik. Bizdəki mey+xana(çılıq) lokal şəkildə qavranmalldı, deyə düşünürəm.
MƏSƏLƏYƏ DƏXLİ OLMAYAN ŞƏXSİ MƏSƏLƏ:
Əyri işimi düzəltmək, məzmunsuz əsərə məzmun, mənasız adama məna yükləyib dialoq qurmaq, kiməsə nəyisə izah eləmək, özünüsübut anlayışı...kimi olumlarda özümü aşağılanmış hiss edirəm, Bakı küləyi tozu-torpağı qaldırıb başımdan tökür... evə-özümə gəlib öncə duş qəbul etmək, ən əsası və əzablısı isə, fikrimi-ruhumu dağ çayında suya çəkmək istəyirəm.
Dinlədiyinizə-oxuduğunuza görə vaxtınızı halal edin.

4987 oxunub

InvestAZ