XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Əbülfət MƏDƏTOĞLU : - VÜSAL ACLIĞI...
Ədəbiyyat 08:38 / 28.05.2022

Gecədir...sükutdu...bir də pəncərə,
Baxıram...susuram...göyə əl çatmır...
Bir az kədərlidi gülüm, mənzərə –
Amma deyirlər ki, mələklər yatmır...
Sükuta qoşulub ürək döyüntüm
Xəyal da tək qoyub məni bu ,ara.
Qəfil bir səs gəldi – elə döyükdüm –
Qanadı gözümün dibində yara.
Ahımın düyünü dolaşıq düşdü,
Kirpik hörülmədi nəm olduğundan...
İçimdə ən kövrək hiss də gülüncdü -
İndi, sirdaşımın qəm olduğundan!..
...Önündə durduğum yorğun pəncərə,
Bir tayın bağlıdı... bir tayın açıq.
Həsrət çevriləndən gülüm, xəncərə,-
Biz uzaq düşmüşük – vüsala acıq!..

3159 oxunub

InvestAZ