XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Elşad Barat: -Məmməd Əmin Rəsulzadə yaşayır.
Ədəbiyyat 22:40 / 27.05.2022
Zaman-zaman nəsillərin köçündə,
Məmməd Əmin Rəsulzadə yaşayır.
Bu millətin gözlərinin içində,
Məmməd Əmin Rəsulzadə yaşayır.
Çağladıqca çağlayacaq dənizim,
O mənimdir, o sənindir, o bizim,
Əsl lider ölə bilməz, əzizim.
Məmməd Əmin Rəsulzadə yaşayır.
Dilin yoxsa sən ölüdən betərsən
Yoxluqlara qarışarsan, itərsən,
Bircə dəfə vətən desən, görərsən.
Məmməd Əmin Rəsulzadə yaşayır.
Bir ümid var ürəyimin başında,
Sızıldayır 135 yaşında.
Bu vətənin torpağında, daşında,
Məmməd Əmin Rəsulzadə yaşayır.
Gör nə qədər qar üstünə yağıb qar.
Həqiqəti bilməlidir adamlar.
Nə qədər ki, Azərbaycan xalqı var.
Məmməd Əmin Rəsulzadə yaşayır.


4338 oxunub

InvestAZ