XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Kəramət : - PIÇILTIDAN O YANA Əbülfət Mədətoğluna
Ədəbiyyat 09:45 / 27.05.2022

Sükutla pıçıltı arasında
xəzəl dolu xışıltılı kücədə
yopyorğun addımlarla
hara gedirsən belə?
bir kölgə, bir ruh kimi
gecənin ləpədöyənində
vaxtın nimdaş paltarı əynində
neçə pud dərd asılıb
göz qapaqlarının çiynindən
salam veriləsi əl qaldımı, de görüm.
de görüm, gediləsi yol qaldımı,
sükütla pıçıltı arasındakı dünya sakini
oralarda nə var-nə yox.
bütün arzuların sürət qatarına
gecikməkmi bu
isdivaya çəkilməkmi bu?

3058 oxunub

InvestAZ