XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Sabir Rüstəmxanlı şagirdlərlə görüşdü
MƏDƏNİYYƏT 09:03 / 27.05.2022

Bakının Sabunçu rayonunun 28 nömrəli tam orta məktəbin şagirdləri və müəllimləri xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə görüş keçiriblər.

Kult.az xəbər verir ki, məktəbin direktoru Qənirə Əmircanova 3 il əvvəl Prezident İlham Əliyev tərəfindən açılışı olan bu məktəbdə ölkənin tanınmış adamları, ziyalıları ilə görüşlərin ənənə halını aldığını deyib:

"İstəyirəm şagirdlərimiz S.Rüstəmxanlı kimi dəyərli ziyalılarımızı, dövlət xadimlərimizi canlı görsünlər, onlarla ünsiyyət qursunlar”.

Xalq şairinin yaradıcılığından, gördüyü işlərdən geniş bəhs edən direktor vurğulayıb ki, S.Rüstəmxanlının əsərləri vətənpərvərlik hissinin aşılanması, milli ruhun yüksəldilməsi baxımından əvəzsiz xəzinədir.

Daha sonra şagirdlər S.Rüstəmxanlının şeirlərini səsləndiriblər. Vətən müharibəsi zamanı az qala dillər əzbərinə çevrilmiş "Millətəm” mahnısını ifa ediblər. Daha sonra isə S.Rüstəmxanlının yazdığı ssenari əsasında çəkilmiş "Cavad xan” filmindən bir hissə təqdim olunub. Həmin hissə şagirdlər tərəfindən səhnələşdirilib.

Sonda S.Rüstəmxanlı çıxış edərək, şagirdlərə maraqlı məsləhətlər verib, öz təcrübəsini bölüşüb.

Xalq şairi şagirdlərə tövsiyə edib ki, yaradılmış belə gözəl şəraitdən öz təhsillərini artırmaq, daha çox bilik əldə etmək, gələcəkdə ölkə, dünya üçün vacib şəxsiyyətə çevrilməkdə istifadə etsinlər.


5365 oxunub

InvestAZ