XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Əbülfət MƏDƏTOĞLU: - BAĞIŞLA...
Ədəbiyyat 08:29 / 27.05.2022
BAĞIŞLA...
bağışla, sona qədər
sevə bilmədim səni.
bağışla,
mən özümdən
zəhləm gedən
adamam...
bağışla,
hər gün səni
daha çox
sevdiyimdən-
çevrilib mən olurdun...
odur ki,
son məqamda
çəkildim, -
düşünməki yoruldum!-
sadəcə istəmədim
özümü təzədən sevib-
səndən utanam!..
mən də belə
adamam,
bağışla...

2958 oxunub

InvestAZ